This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

среда, 25 мая 2016 г.

Rəy və təklifləriniz

      



           Layihəmizlə  bağlı fikirlərinizi təkliflərinizi görmək ümidiylə..............


Təşəkkür




                      Təqdimatımıza  göstərdiyiniz diqqətə görə təşəkkür edirik








Əlavə Məlumat

Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi

Əhalinin sıx yerləşdiyi ərazilər daha çox çirklənməyə məruz qalır. Movqe.Az ən çox çirklənməyə məruz qalan 10 ölkələr haqqında məlumat verir.

1. Bağdad dünyanın ən çox çirklənməyə məruz qalan ölkələrdən biridir. Müharibə şəraiti və davamlı bombaların partlaması təmizlik aparılmasına maneçilik törədir.
Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi
2.Bruney Şimali Asiyada kiçik bir şəhərdir və nəqliyyat vasitələri havadakı karbon qazını artırır.
Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi
3. Banqladeşin paytaxtı Dakka da ən çox çirklənməyə məruz qalan ölkədir. Şəhər əsasən suyun çirklənməsindən əziyyət çəkir.
Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi
4.Sənaye şəhəri olan Karaçi Pakistanın ən çox inkişaf etmiş şəhəridir. Karaçidə xəstəliklərdən əziyyət çəkənlərin sayı artır. Burada insanların 35 %-i göz, dəri və ürək xəstəliyindən əziyyət çəkir.
Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi
5. Növbəti şəhər Nigeriyada yerləşən Laqos şəhəridir. Atmosfer çirklənməsinə daha çox məruz qalır. Laqosda hava çox zaman çirkli olduğundan dumanlı olur.
Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi
6.Meksika dünyanın ən böyük şəhərlərindən biridir. Şəhərdəki nəqliyyatın sıxlığı atmosferdə azot dioksid qazını artırır.
Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi
7.Ən çox çirklənməyə məruz qalan şəhərlərdən biri də Moskvadır.Nəqliyyatın sıxlığı hava çirklənməsini sürətləndirir.
Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi
8. Daha bir çirlənən şəhər isə Mozambikdə Maputadır. Maputanın küçələrində zibil tullantılarına çox rast gəlinir. Şəhərdə kanalizasiya sistemindəki nasazlıqlar da suların çirklənməsinə səbəb olur.
Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi
9. Mumbay böyük şəhərlərdən biridir. Şəhərdəki zibil tullantıları pis qoxuya və xəstəliklərə gətirib çıxarır.
Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi
10.Hindistanın paytaxtı Yeni Dehli də ən çox çirklənməyə məruz qalan şəhərlərdəndir. Zibil tullantıları və kanalizasiya sistemlərinin tənzimlənməmsi çirklənməyə səbəb olur.
Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi

вторник, 24 мая 2016 г.

WEB 2.0

Nəticə

Araşdırmamızın nəticəsi olaraq müəyyən etdik ki,insanların ətraf mühitdə sosioloji təsiri ovçuluqla başlayıb,heyvanların əhliləşdirilməsi,bitkilərin mədəniləşdirilməsi, yeni-yeni sort və cinslərin yaradılması, üzvi və mineral gübrələrdən və pestisidlərdən istifadə edilməsi,ağır sənayenin təsərrüfata tətbiqi nəticəsində bəzi sərvətlərin tükənməsinə ,ətraf mühitin çirklənməsinə və zəhərlənməsinə səbəb olub.



Atmosferin çirklənməsi bütün bəşəriyyətin, cəmiyyətin problemidir.Atmosferin çirklənməsi ən çox sənayenin inkişafı və fəaliyyəti nəticəsində baş verir. Atmosferin çirklənməsi bütövlükdə biosferə mənfi təsir göstərir. Bu problemləri aradan qaldırmaq üçün sənaye müəsisələrində təmizləyici qurğulardan istifadə etmək, tullantısız texnologiyaya keçmək, atmosferə karbon və s. zərərli qazların atılmasının qarşısını almaq lazımdır. Yalnız elm və sənaye işçiləri deyil, hər birimiz atmosferin çirklənməməsi uğrunda çalışmalıyıq. Belə ki, məişət tullantılarını ətraf mühitə atmamalı, məişət tullantılarını yandırmamalı, meşə yanğınlarına yol verməməli, havanı çox çirkləndirən nasaz avtomobillərdən istifadə etməməliyik. Yaşayış ərazilərinin yaşıllaşdırılmasında iştirak etməliyik. Çünki ağaclar, meşələr planetimizin “ağciyərləri” olub, atmosferi oksigenlə zənginləşdirir. Buna görə də hər birimiz ağac əkməliyik




Artıq araşdırmamızın sonu olaraq bunuda müəyyən etdik ki insan ətraf mühiti tamam dəyişdirməyə çalışan yeganə varlıqdır.Bu sahədə insanın səhvlərinin say-hesabı yoxdur,onun "uğurlarının "çoxu əslində uğursuzluqlarıdır.Meşələri qıraraq oradaki canlılarıda məhv edirik.

Картинки по запросу meşələrin qırılması


İndiki ekoloji vəziyyət üz-üzə dayanmış iki istiqamətin mübarizəsindən ibarətdir:birincisi,ətraf mühitin dağıdılması prosesinin növbəti pillələrinə keçilməsi,ikincisi isə dağıdıcı prosesləri dayandırmağa qadir olan və gələcəyə optimist  münasibət yaradan istiqamətdir.Çox istəyirik ki,indiki gənclər və sonrakı nəsillər ikinci istiqaməti seçsinlər.

Təbiəti qorumaq bununla birlikdə ekologiyanı qorumaq bizi əhate edən hava təbəqəsini atmosferi qorumaq deməkdir.

Gəlin birlikdə təbiətimizi qoruyaq


"Biz təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək.Təbiət hər bir belə "qələbə " üçün bizdən qisas alır"(F.Engels)


понедельник, 23 мая 2016 г.

Araşdırma

Atmosfer haqqında, atmosferdəki çirklənmənin qarşısını almaq haqqında araşdırma apardıq





İnsan təbiətin bir hissəsi kimi onunla qırılmaz əlaqəli yaşayır.Bütün canlıları,o cümlədən insanı yaşadan sərvətlər var. Orqanizmin həyatını təmin edən vasitələrin cəmi- sərvətdir.İnsanın yaratdığı bütün sərvətlər üçün xammal təbiətdən götürülür.İnsanın rüşeyiminin inkişafı ana bətnində,ömrünün qalan hissəsi isə ətraf mühitdə keçir.Lakin sərvətdən istifadə baxımından insan bütün mühitlərdən -Atmosferdən Hidrosferdən Litosferdən Biosferdə hətta kosmosdan istifadə edir.İnsan cəmiyyətininin təbiətə münasibəti zaman-zaman dəyişmişdir.İlk  əvvəl təbiət insan üçün yalnız sığınacaq və qida mənbəyi  olmuşdur,o təbiətin müqəddəratına biganə qalmamışdır.Tədricən insanda təbiətə qarşı dərrakəli münasibət əmələ gəlmişdir,lakin  belə münasibət heç də hamını əhatə edə bilməyibdir.İnsan cəmiyyəti tərəfindən təbiətin dəyişdirilməsi bəşəriyyət qarşısında qabaran ən xəstə problemdir.
İnsanların fəaliyyəti nəticəsində texnikanın artması ekoloji problemlerin çoxalmasına gətirib 
çıxarır.Texnologiya inkişaf etdikcə insan təbiətə daha çox zərər vermişdir. Artıq təkcə qida və sığınacaq yeri deyildi dünya- həmdə maddi ehtiyacların ödənilməsi üçün istifadə mənbəyi həm də xəyalların gerçəkləçdirmək üçün nə lazımdısa edən insanların dünyası idi. Bunun sübutu olaraq yeni
Dəmir və şose yollarının çəkilişi


suvarma kanallarının çəkilişi
iri qaz kəmərlərinin çəkilişi 
meşə yanğınları
zavodların tikilməsi
meşələrin məhv edilərək yerinə binaların tikilməsi
avtomobillərdən daha çox istifadə edilməsini göstərmək olar.

воскресенье, 22 мая 2016 г.

Giriş

Atmosfer (qəd. yun. ἀτμός buxar və σφαῖρα sfera) – Yeri əhatə edən hava təbəqəsi. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır.
Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigen ibarətdir (karbon cəmi 0.03%-dir). Azot yunanca "azos" sözündən olub, "cansız, həyata kömək etməyən" mənasında işlənməsinə baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və dadı yoxdur. Arxey və Proterezoy eralarında bitki örtüyü seyrək olduğundan havada oksigen çox az olmuşdur. Karbon qazı yaşıl bitkilərdə üzvi maddələrin əmələ gəlməsində iştirak edir. Bu qaz atmosferə vulkanların püskürməsi, yanğınlar və canlıların tənəffüsü nəticəsində daxil olur. Sənaye müəssisələri çox olan ərazilərdə okean və meşədəki ərazilərə nisbətən karbon qazı daha çox olur. Atmosferin havasının ən çox dəyişən vacib hissəsi su buxarı və tozlardır. Su buxarı karbon qazı ilə müqayisədə daha çox isidici rol oynayır. Atmosferdəki toz hissəcikləri günəşdən gələn istini zəiflətsə də bulud, duman və yağıntıların əmələ gəlməsi üçün vacibdir. Toz hissəcikləri atmosferin aşağı qatlarında Yer mənşəli (yanma məhsulları, vulkan tozu, bitki toxumu, bitki tozcuğu, duz dənəcikləri), üst qatda isə kosmik mənşəlidir.Quruluşu:Atmosfer 5 qatdan ibarətdir:1.   Troposfer — atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17-18 km, mülayim enliklərdə 10-11 km, qütblərdə 7-8 km-dir.
2.   Stratosfer — troposferin üzərində yerləşib, qalınlığı 55 km-ə qədərdir.
3.   Mezosfer — stratosferin üstündə 55-80 km arasında yerləşir. Mezosferdə qütb parıltısı olur.
4.   Termosfer — mezosferin üzərində 80 km-dən 800-1000 km arasında yerləşir. Bu qat Günəşin zərərli rentgen süalarını udaraq,onların yerə düşməsinin qarşısını alır. Bu qat bəzən ionosfer adlandırılır.
5.   Ekzosfer — ən üst təbəqə olub, 10000 km-ə qədər davam edir.
Atmosferin əhəmiyyətiAtmosfer gündüz Yer səthinin həddən artıq qızmasının, gecə isə tez soyumasının qarşısını alır[1]. Əgər atmosfer olmasaydı Yerin orta temperaturu indikindən 38°C aşağı olardı. Insan atmosfersiz 4 dəqiqədən artıq yaşaya bilməz. Atmosfer Yerdə – enerji, maddələr və qaz dövranının həyata keçməsində mühüm rol oynayır. Yerdə suyun olmasına səbəb olur. Məhz atmosferdə bulud yaranır və yağıntı düşür. Atmosfer olmasaydı Günəş şüaları səpələnməz, səs yayılmazdı. Kosmosdan gələn meteoritlər atmosferə daxil olduqda hava ilə sürtülərək alışıb yanır və əksəriyyəti Yerə çatmır. Atmosferin çirklənməsi 2 yolla — təbii (vulkan püskürməsi, meşə yanğınları) və insanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir. Ozon qatının deşilməsi, "istixana effekti" (havada karbon qazının çoxalması hesabına temperaturun artması), turşulu yağışlar ( havada kükürd qazının çoxalması nəticəsində) atmosferin qlobal çirklənməsi nəticəsində yaranan problemlərdir. Bu problemləri aradan qaldırmaq üçün — sənaye müəssisələrində təmizləyici qurğularından istifadə etmək, tullantısız texnologiyaya keçmək, atmosferə karbon və s. zərərli qazların atılmasının qarşısını almaq lazımdır.

 Atmosferin çirklənməsi

Atmosfer. Atmosferin çirklənməsi sənaye, nəqliyyat və başqa istehsal sahələrinin fəaliyyəti nəticəsində baş verir. Bu sahələr atmosferə bərk hissəciklərlə yanaşı (aerozollar) xeyli miqdarda zəhərli qazlar da buraxır. Atmosferə atılan maddələr arasında turşulu yagışlara səbəb olankükürd dioksid(SO2) daha təhlükəlidir. Belə yağıntılar sənayeni yüksək inkişafı ilə fərqlənən AvropaŞimali Amerika, bir çox Asiya ölkələri (YaponiyaÇinİndoneziya), Latın Amerikasında (Braziliya) geniş yayılmışdır. Atmosferə istixana qazlarının, ilk növbədə karbon dioksid (CO2) atılması, xüsusilə, ciddi problemlərə səbəb olur. Yer atmosferinə daxil olan karbon qazının illik miqdarı 6 mlrd. tondan çoxdur. Bu tullantıların əsas hissəsi ABŞÇinRusiyaYaponiya və Almaniyanın payına düşür.
Ətraf mühitin çirklənməsi — antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır.
Havanın çirkləndirilməsi·         1Litosferin çirklənməsi·         2Hidrosferin çirklənməsi·         3Dünya Okeanının çirklənməsi·         4Atmosferin çirklənməsi·         5Ekoloji problemlərin həlli yolları·         

Litosferin çirklənməsi
Litosferin çirklənməsi sənaye, tikinti və kənd təsərrüfatı obyektlərinin fəaliyyəti nəticəsində baş verir. Bu zaman əsas çirkləndiricilər - metallar və onların tullantıları, gübrələr, kimyəvi zəhərli və radioaktiv maddələr, məişət tullantılarıdır. ABŞda hər bir sakinə il ərzində 730 kq məişət tullantısı düşür. Litosferə ən böyük mənfi təsir göstərən amillərdən biri dag-mədən sənayesi sahələridir. Dünyada dağ-mədən sənaye müəssisələrinin fəaliyyəti nəticəsində pozulmuş torpaqların ümumi sahəsi 12-15 mln təşkil edir.


Hidrosferin çirklənməsi
Hidrosferin çirklənməsi çaylaragöllərə və dənizlərə sənaye, kənd təəsərrüfatı və məişət tullantılarının, çirkab sularının axıdılması nəticəsində baş verir. Bu tullantılar Avropada ReynDunaySena və Temza çaylarının, ABŞda Misisipi və Ohayo çaylarının, Rusiyada Volqa çayının və MDBdə olan bir çox iri çayların (Dnepr,Kür,AmudəryaSırdərya) həddən artıq çirklənməsinə səbəb olmuşdur. Bu tullantılar çay suları ilə birlikdə dənizlərə axaraq onları çirkləndirir.


Dünya Okeanının çirklənməsiDünya Okeanı üçün neftlə çirklənmə daha böyük təhlükə mənbəyidir. Hesablamalara görə hər il 3 mln. tondan10 mln. tona qədər neft və neft məhsulları tökülür. Materiklərin daxilində və sahilləri boyu yerləşən kənar dənizlər tullantılar və çirkab suları ilə yüksək dərəcədə çirklənmişdir. Onlara AralıqŞimal dəniziBaltikQara dəniziYapon dəniziKarib dəniziniQvineya,İranMeksikaBiskay körfəzlərini aid etmək olar. Atom energetikası və atom gəmilərinin tullantılarının dünya okeanının dərin sulu çökəkliklərinə basdırılması nəticəsində baş verən radioaktiv çirklənmə bu su hövzələri üçün böyük təhlükə törədir.


Atmosferi nə çirkləndirir ?!






    Müasir elmi-texniki tərəqqi dövrü çox böyük sənaye mərkəzlərinin yaranması ilə səciyyələnir ki, bunların fəaliyyəti nəticəsində xarici mühitin, xüsusən atmosfer havasının intensiv çirklənməsi baş verir. Atmosferin çirklənməsi dedikdə əsasən insan fəaliyyəti nəticəsində havaya atılan qatışıqlar nəzərdə tutulur.

    İri sənaye şəhərlərində atmosfer havasının çirkləndirən mənbələrə sənaye müəssisələri, yaşayış və ictimai binaları qızdırmaq üçün fəaliyyət göstərən istilik-elektrik mərkəzləri, müxtəlif nəqliyyat növləri və s. aiddir. Kənd yerləri havasının çirklənməsində isə mühüm yeri iri heyvandarlıq kompleksləri, kənd təsərrüfatı məhsullarının becərilməsi prosesləri tutur. Bu zaman atmosfer havası çoxlu zərərli maddələrlə çirklənir. Buraya müxtəlif tozlar, karbon və dəm qazları, kükürd qazı, azot oksidləri aiddir.


    Mənzillərdə dəm qazının mənbəyi mətbəxlərdə qaz sobaları və piltələrdir. Onlardan düzgün istifadə edilmədikdə, ventilyasiya düzgün işləmədikdə mətbəxlərin havasında dəm qazının konsentrasiyası çox yüksək olur.


    Dəm qazı iysiz və rəngsiz  olduğuna və selikli qişaları qıcıqlandırmadığına görə bu qazla zəhərlənmə təhlükəsi yüksəkdir. Belə ki, yüngül formalı zəhərlənmə hallarında başda ağırlıq, zəiflik, baş gicəllənmə, ürək bulanma, qusma, ağır zəhərlənmə halında isə huşun itməsi , hətta ölüm baş verir.


    Son vaxtlar böyük şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr arasında avtomobil nəqliyyatı vasitələri mühüm əhəmiyyətə malikdir. Avtomobilərin işlənmiş tullantı qazlarının tərkibində 60-dan çox toksik maddə olur.

ATMOSFERİN ÇİRKLƏNMƏSİ

.






Çirkli hava tromb yaradır


Çirkli hava tromb yaradır

Bakı şəhərinin həddən artıq çirklənməsinin insan sağlamlığına ciddi ziyan vurması barədə fikirləri Səhiyyə Nazirliyində də təsdiqləyirlər. Nazirliyinin sanitar epidemioloji nəzarət şöbəsinin rəisi Viktor Qasımov deyir ki, son zamanlar ağ ciyər xəstəliklərinin sürətlə yayılmasının əsas səbəbi məhz şəhərdəki toz-torpaqdır. Onun sözlərinə görə, tikinti sahələrində ətrafa yayılan toz gün ərzində minimum 8 saat bu havanı udmağa məcbur olan işçilərin səhhəti üçün son dərəcə təhlükəlidir. Xüsusilə də əgər nəzərə alsaq ki, bu insanların əksəriyyəti qoruyucu maskalardan istifadə etmirlər: “Belə havanı udmaq məcburiyyətində olmayanları öz sağlamlıqları daha çox narahat edir. Tozlu hava xüsusən uşaqların səhhətində özünü kəskin büruzə verir”.


Atmosfer
 

Yer atmosferinin 5 layı

Atmosfer yer kürəsinin ətrafını bürüyən və əksəriyyətlə qaz və buxarlardan ibarət olan bir örtükdür.
Cazibə sayəsində tutulan atmosfer, böyük ölçüdə planetin iç laylarından qaynaqlanan qazların yanardağ fəaliyyəti ilə səthə çıxması nəticəsində meydana gəlməklə birlikdə, planetin tarixi boyunca dünya xarici qaynaqlardan da bəslənmiş və təsirlənmişdir. Təzyiq və sıxlıq baxımından digər yer bənzəri planetlərdən Marsa görə təxminən 100 qat böyük, Veneraya görə isə təxminən 100 qat kiçik bir qaz kütləsini ifadə edər. Ancaq xüsusiyyət baxımından bu iki planetin atmosferlərindən çox fərqli olduğu kimi, Günəş Sistemi içində də bənzərsizdir.



Atmosfer Təzyiqi

Atmosfer təzyiqi havanın ağırlığının nəticəsidir yerə və zamana görə dəyişər. Atmosfer təzyiqi 5 kmdə %50 azalar . Yerin cazibəsi səbəbiylə bu qaz kütləsinin bir ağırlığı vardır və planet səthinə doğru alçaldıqca artan bir təzyiq yaradar. Təzyiq, normal atmosferdə, 0 °C'də, 760 mmlik bir civə sütununun yaratdığı təzyiqə bərabərdir.

Atmosferin cəmi kütləsinin təxminən 5,1 x 1015 ton olduğu bilinməkdədir; bu da Dünyanın cəmi kütləsinin milyonda birindən daha azdır.

Xarakteristikası
Atmosfer rəngsiz, qoxusuz, dadsız, çox sürətli hərəkət ədəbilən, axıcı, elastik, sıxışdırıla bilər, sonsuz genləşməyə sahib istilik keçiriciliyi zəif və titrəşmələri müəyyən bir sürətdə çatdıran bir quruluşa malikdir. Tam olaraq yüksəkliyi müəyyən oluna bilməmişdir. "Homogen atmosfer" olaraq adlandırılan və sıxlığın az qala eyni olduğu alt hissənin yüksəkliyi 8 km ətrafındadır. Bu səviyyədən sonra sıxlıq yüksəkliklə azalar və seyrək qaz kütlələri şəklinə çevrilərək kosmos boşluğuna qədər uzanar ki bu bölgə də "hetrogen atmosfer" olaraq adlandırılar. Yer Atmosferində Olan Əksər Qazlar

ppm ( milyonda bir, həcm )

Qaz                                            Nisbət
Karbonmonoksit  (CO)           0,01-0,2
Ksenon (Xe)                             0,09
Ozon (O3)                                0,05
Amonyak (NH3)                     0,02
Kükürd dioksit (SO2)             0,02
Hidrogen sulfid (H2S)            0,002-0,02
Formaldehit (CH2O)              0,01
Azot dioksit (NO2)                 0,003
Nitrik oksid (NO)                   0,003
Xlorid turşusu (HCl)              0,002

Nitrat turşu (HNO3)
Hidrogen peroksit (H2O2)
Halokarbonlar (CxHxClxFxBrxIx)
Sulfat turşu (H2SO4)
Karbonil sulfid(COS) 0,001 ppmdən az



Yer atmosferinin su buxarı xaricindəki xüsusiyyəti.

Diqqətə çarpan bir şey; atmosferin üst səviyyəsinin 30 km ətrafında sona çatdığıdır. Bu səviyyədən sonra da hava olduğunu söyləmək doğrudur lakin bu hissənin meteorologiya ilə bir əlaqəsi yoxdur. Belə ki 80 km yuxarıda günəş şüalarını əks etdirə biləcək qədər hava, 300 km yuxarıda meteorların atmosferə girişində sürtünmə səbəbiylə işıq verə bilməsi və hətta 600 km yuxarıda auroraların müşahidə edilməsi buralarda da az da olsa atmosferin olduğu istiqamətində ipucları verməkdədir. Atmosferin yer üzünə yaxın laylarının  78% i azot, 21%i də oksigendən meydana gəlib. 1% i isə su buxarı, arqon, karbon 4 oksid, neon, helium, əmtəən, kripton, hidrogen, ozon və ksenon elementlərindən meydana gəlir. Bunlara toz və tüstü kimi maddələr də aiddir.

100 km yüksəyə qədər azot-oksigen nisbətində əhəmiyyətli bir dəyişiklik olmaz, yalnız 20-30 km arasındakı yüksəkliklərdə bir ozon sıxlaşması müşahidə edilir. Bu ozon layının əhəmiyyətli bir funksiyası vardır, çünki günəşdən gələn ultrabənövşəyi şüaların böyük bir hissəsi bu lay tərəfindən süzülür. Amma buradakı ozon həm miqdar, həm də faiz olaraq çox deyil.

100 km dən cox sürətli bir istilik düşməsi müşahidə edilir. Buradakı qazlar artıq çox incə laylar formasındadır. Daha çox da yüngül qazlar olar. Bu qazlar ultrabənövşəyi şüaların təsiriylə sayrışır və beləcə burada oksigen sərbəst atomlar halında olur. Işıq sayrışma deyilən bu hadisə 200 km yüksəklikdə daha da yüksək bir səviyyəyə çıxır.


ATMOSFER

Dünyada kosmosdakı digər planetlərdən fərqli olaraq həyat olmasının səbəbi ətrafını bürüyən atmosferdir. İqlim və hava hadisələrinin görülməsi ilə yer üzündə həyatın olmasını təmin edən faktor atmosferin varlığıdır. Atmosfer; cazibənin təsiri ilə yer üzünü ətraflı qucaqlayan qaz kütləsidir. Köhnə Yunancada atmos: nəfəs, sphere: kürə deməkdir. Atmosfer isə nəfəs kürə ya da atmosfer mənasını verir.

Atmosferi meydana gətirən qazların % 75i içərisində canlıların yaşadığı Troposferde tapılır. Atmosfer; Azot (% 78), Oksigen (% 21) ilə CO2, su buxarı, arqon, neon, kripton və hidrogen kimi digər qazlardan (% 1) meydana gələr. Azot və oksigen həyat üçün böyük əhəmiyyət daşıyarlar və bu qazların atmosferdə ki nisbəti sabitdir. Ancaq CO2 və su buxarının miqdarı tapıldıqları yerə, zamana və iqlim şərtlərinə görə dəyişir.




Atmosferin xüsusiyyətləri 



Azot, həyatın təməl qaynaqlarından biridir. Bitkilərin ehtiyacı olan qida maddəsi olaraq əhəmiyyətlidir. Oksigen, isə canlıların tənəffüs etməsi üçün və yanma üçün lazımlı bir qazdır.

Karbon 4 oksid, havada çox az miqdarda (% 0 - 0,03) olmasına nisbətən, iqlim hadisələri üzərində əhəmiyyətli təzyiq göstərir. Karbon 4 oksid atmosferin günəş şüalarını udma və saxlama qabiliyyətini artırır. Miqdarının artması istiliyin artmasına, azalması istiliklərin düşməsinə səbəb olur. Geoloji aşırtlar içərisində CO2 miqdarın dəyişməsi iqlim dəyişmələrini təsir etmişdir.

Su buxarı, miqdarı istiliyə, yer və zamana bağlı olaraq ən çox dəyişən qazdır. Bu miqdar yerdən yüksəldikcə, sahildən uzaqlaşdıqca və Ekvatordan qütblərə doğru getdikcə azalr.

Atmosferin Təsirləri
1. İçərisində həyat üçün lazımlı olan qazlar tapılar.

2. Günəşdən gələn enerjinin sürətlə kosmosa əks olunmasına mane olar.
3. Günəş şüalarının dağılmasını təmin edərək, Günəşi doğrudan görməyən yerlərin də işıqlıq olmasını təmin edər.
4. İçindəki hava axınları sayəsində gündüz olan seqmentlərin həddindən artıq isti, gecə olan seqmentlərin də həddindən artıq soyumasına mane olar.
5. Günəşdən gələn zərərli şüaları saxlayar.
6. Səsi çatdırar. 
7. İqlim hadisələri meydana gələr. 

8. Kosmosdan gələn meteoritlərin parçalanmasını təmin edərək yerə çatmasına mane olar.



Atmosferin nəzəri üst sərhədi 10.000 kmdən keçər.





Atmosferin İstilik Qatları


Atmosfer istiliyin yer üzündə tutulmasını təmin edər.



Atmosfer səsin çatdırılmasını təmin edər.