Atmosfer (qəd.
yun. ἀτμός — buxar və σφαῖρα — sfera) – Yeri əhatə edən hava təbəqəsi. Atmosferin qalınlığı
3000 km olub, Yer
kürəsi
ilə birlikdə fırlanır.
Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir.
Atmosfer iki əsas qazdan, 78% azot,
21% oksigen ibarətdir
(karbon cəmi
0.03%-dir). Azot yunanca "azos"
sözündən olub, "cansız, həyata kömək etməyən" mənasında işlənməsinə
baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını
müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu
üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və
dadı yoxdur. Arxey və Proterezoy eralarında bitki örtüyü seyrək olduğundan
havada oksigen çox az olmuşdur. Karbon qazı yaşıl bitkilərdə üzvi maddələrin
əmələ gəlməsində iştirak edir. Bu qaz atmosferə vulkanların püskürməsi, yanğınlar və
canlıların tənəffüsü nəticəsində daxil olur. Sənaye müəssisələri çox olan
ərazilərdə okean və meşədəki ərazilərə nisbətən karbon qazı daha çox olur.
Atmosferin havasının ən çox dəyişən vacib hissəsi su buxarı və tozlardır. Su
buxarı karbon qazı ilə müqayisədə daha çox isidici rol oynayır. Atmosferdəki
toz hissəcikləri günəşdən gələn istini zəiflətsə də bulud, duman və
yağıntıların əmələ gəlməsi üçün vacibdir. Toz hissəcikləri atmosferin aşağı
qatlarında Yer mənşəli (yanma məhsulları, vulkan tozu, bitki toxumu, bitki
tozcuğu, duz dənəcikləri), üst qatda isə kosmik mənşəlidir.Quruluşu:Atmosfer 5 qatdan ibarətdir:1.
Troposfer —
atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17-18 km, mülayim
enliklərdə 10-11 km, qütblərdə 7-8 km-dir.
2.
Stratosfer — troposferin üzərində yerləşib, qalınlığı
55 km-ə qədərdir.
3.
Mezosfer — stratosferin üstündə 55-80 km arasında yerləşir. Mezosferdə
qütb parıltısı olur.
4.
Termosfer —
mezosferin üzərində 80 km-dən 800-1000 km arasında yerləşir. Bu qat Günəşin zərərli
rentgen süalarını udaraq,onların yerə düşməsinin qarşısını alır. Bu qat bəzən
ionosfer adlandırılır.
5.
Ekzosfer — ən
üst təbəqə olub, 10000 km-ə qədər davam edir.
Atmosferin
əhəmiyyətiAtmosfer gündüz Yer səthinin
həddən artıq qızmasının, gecə isə tez soyumasının qarşısını alır[1]. Əgər atmosfer olmasaydı Yerin orta temperaturu
indikindən 38°C aşağı olardı. Insan atmosfersiz 4 dəqiqədən artıq yaşaya
bilməz. Atmosfer Yerdə – enerji, maddələr və qaz dövranının həyata keçməsində
mühüm rol oynayır. Yerdə suyun olmasına səbəb olur. Məhz atmosferdə bulud
yaranır və yağıntı düşür. Atmosfer olmasaydı Günəş şüaları səpələnməz, səs
yayılmazdı. Kosmosdan gələn meteoritlər atmosferə daxil olduqda hava ilə
sürtülərək alışıb yanır və əksəriyyəti Yerə çatmır. Atmosferin çirklənməsi 2
yolla — təbii (vulkan püskürməsi, meşə yanğınları) və insanın təsərrüfat
fəaliyyəti nəticəsində baş verir. Ozon qatının deşilməsi, "istixana
effekti" (havada karbon qazının çoxalması hesabına temperaturun artması),
turşulu yağışlar ( havada kükürd qazının çoxalması nəticəsində) atmosferin qlobal
çirklənməsi nəticəsində yaranan problemlərdir. Bu problemləri aradan qaldırmaq
üçün — sənaye müəssisələrində təmizləyici qurğularından istifadə etmək,
tullantısız texnologiyaya keçmək, atmosferə karbon və s. zərərli qazların
atılmasının qarşısını almaq lazımdır.
Atmosferin çirklənməsi
Atmosfer. Atmosferin
çirklənməsi sənaye, nəqliyyat və başqa istehsal sahələrinin fəaliyyəti
nəticəsində baş verir. Bu sahələr atmosferə bərk hissəciklərlə yanaşı (aerozollar)
xeyli miqdarda zəhərli qazlar da buraxır. Atmosferə atılan maddələr
arasında turşulu
yagışlara səbəb olankükürd dioksid(SO2) daha
təhlükəlidir. Belə yağıntılar sənayeni yüksək inkişafı ilə fərqlənən Avropa, Şimali Amerika, bir çox Asiya ölkələri
(Yaponiya, Çin, İndoneziya), Latın Amerikasında (Braziliya) geniş yayılmışdır. Atmosferə
istixana qazlarının, ilk növbədə karbon dioksid (CO2) atılması, xüsusilə, ciddi
problemlərə səbəb olur. Yer atmosferinə daxil olan karbon qazının illik
miqdarı 6 mlrd. tondan çoxdur.
Bu tullantıların əsas hissəsi ABŞ, Çin, Rusiya, Yaponiya və Almaniyanın payına düşür.
Ətraf mühitin çirklənməsi — antropogen
fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində
onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin
əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində
əmələ gələn külli miqdarda tullantıların atılmasıdır.
Havanın
çirkləndirilməsi·
1Litosferin çirklənməsi·
2Hidrosferin çirklənməsi·
3Dünya Okeanının çirklənməsi·
4Atmosferin çirklənməsi·
5Ekoloji problemlərin həlli yolları·
Litosferin çirklənməsi
Litosferin çirklənməsi
sənaye, tikinti və kənd təsərrüfatı obyektlərinin fəaliyyəti nəticəsində baş
verir. Bu zaman əsas çirkləndiricilər - metallar və onların tullantıları,
gübrələr, kimyəvi zəhərli və radioaktiv
maddələr, məişət tullantılarıdır. ABŞda hər bir sakinə il ərzində 730 kq məişət tullantısı düşür.
Litosferə ən böyük mənfi təsir göstərən amillərdən biri dag-mədən
sənayesi sahələridir. Dünyada dağ-mədən sənaye müəssisələrinin
fəaliyyəti nəticəsində pozulmuş torpaqların ümumi sahəsi 12-15 mln təşkil
edir.
Hidrosferin çirklənməsi
Hidrosferin çirklənməsi çaylara, göllərə və dənizlərə
sənaye, kənd təəsərrüfatı və məişət tullantılarının, çirkab sularının
axıdılması nəticəsində baş verir. Bu tullantılar Avropada Reyn, Dunay, Sena və Temza çaylarının,
ABŞda Misisipi və Ohayo çaylarının, Rusiyada Volqa çayının
və MDBdə olan bir çox iri çayların (Dnepr,Kür,Amudərya, Sırdərya) həddən artıq çirklənməsinə səbəb
olmuşdur. Bu tullantılar çay suları ilə birlikdə
dənizlərə axaraq onları çirkləndirir.
Dünya Okeanının çirklənməsiDünya Okeanı üçün neftlə
çirklənmə daha böyük təhlükə mənbəyidir. Hesablamalara görə hər il 3 mln. tondan10 mln. tona qədər neft və neft məhsulları
tökülür. Materiklərin daxilində
və sahilləri boyu yerləşən kənar dənizlər tullantılar və çirkab suları ilə
yüksək dərəcədə çirklənmişdir. Onlara Aralıq, Şimal dənizi, Baltik, Qara
dənizi, Yapon dənizi, Karib
dənizini, Qvineya,İran, Meksika, Biskay körfəzlərini
aid etmək olar. Atom energetikası və atom gəmilərinin tullantılarının dünya
okeanının dərin sulu çökəkliklərinə basdırılması nəticəsində baş verən radioaktiv çirklənmə
bu su hövzələri üçün böyük təhlükə törədir.
Atmosferi nə çirkləndirir ?!
Müasir elmi-texniki tərəqqi dövrü çox böyük sənaye mərkəzlərinin yaranması ilə səciyyələnir ki, bunların fəaliyyəti nəticəsində xarici mühitin, xüsusən atmosfer havasının intensiv çirklənməsi baş verir. Atmosferin çirklənməsi dedikdə əsasən insan fəaliyyəti nəticəsində havaya atılan qatışıqlar nəzərdə tutulur.
İri sənaye şəhərlərində atmosfer havasının çirkləndirən mənbələrə sənaye müəssisələri, yaşayış və ictimai binaları qızdırmaq üçün fəaliyyət göstərən istilik-elektrik mərkəzləri, müxtəlif nəqliyyat növləri və s. aiddir. Kənd yerləri havasının çirklənməsində isə mühüm yeri iri heyvandarlıq kompleksləri, kənd təsərrüfatı məhsullarının becərilməsi prosesləri tutur. Bu zaman atmosfer havası çoxlu zərərli maddələrlə çirklənir. Buraya müxtəlif tozlar, karbon və dəm qazları, kükürd qazı, azot oksidləri aiddir.
Mənzillərdə dəm qazının mənbəyi mətbəxlərdə qaz sobaları və piltələrdir. Onlardan düzgün istifadə edilmədikdə, ventilyasiya düzgün işləmədikdə mətbəxlərin havasında dəm qazının konsentrasiyası çox yüksək olur.
Dəm qazı iysiz və rəngsiz olduğuna və selikli qişaları qıcıqlandırmadığına görə bu qazla zəhərlənmə təhlükəsi yüksəkdir. Belə ki, yüngül formalı zəhərlənmə hallarında başda ağırlıq, zəiflik, baş gicəllənmə, ürək bulanma, qusma, ağır zəhərlənmə halında isə huşun itməsi , hətta ölüm baş verir.
Son vaxtlar böyük şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr arasında avtomobil nəqliyyatı vasitələri mühüm əhəmiyyətə malikdir. Avtomobilərin işlənmiş tullantı qazlarının tərkibində 60-dan çox toksik maddə olur.
0 коммент.:
Отправить комментарий