вторник, 24 мая 2016 г.

Nəticə

Araşdırmamızın nəticəsi olaraq müəyyən etdik ki,insanların ətraf mühitdə sosioloji təsiri ovçuluqla başlayıb,heyvanların əhliləşdirilməsi,bitkilərin mədəniləşdirilməsi, yeni-yeni sort və cinslərin yaradılması, üzvi və mineral gübrələrdən və pestisidlərdən istifadə edilməsi,ağır sənayenin təsərrüfata tətbiqi nəticəsində bəzi sərvətlərin tükənməsinə ,ətraf mühitin çirklənməsinə və zəhərlənməsinə səbəb olub.



Atmosferin çirklənməsi bütün bəşəriyyətin, cəmiyyətin problemidir.Atmosferin çirklənməsi ən çox sənayenin inkişafı və fəaliyyəti nəticəsində baş verir. Atmosferin çirklənməsi bütövlükdə biosferə mənfi təsir göstərir. Bu problemləri aradan qaldırmaq üçün sənaye müəsisələrində təmizləyici qurğulardan istifadə etmək, tullantısız texnologiyaya keçmək, atmosferə karbon və s. zərərli qazların atılmasının qarşısını almaq lazımdır. Yalnız elm və sənaye işçiləri deyil, hər birimiz atmosferin çirklənməməsi uğrunda çalışmalıyıq. Belə ki, məişət tullantılarını ətraf mühitə atmamalı, məişət tullantılarını yandırmamalı, meşə yanğınlarına yol verməməli, havanı çox çirkləndirən nasaz avtomobillərdən istifadə etməməliyik. Yaşayış ərazilərinin yaşıllaşdırılmasında iştirak etməliyik. Çünki ağaclar, meşələr planetimizin “ağciyərləri” olub, atmosferi oksigenlə zənginləşdirir. Buna görə də hər birimiz ağac əkməliyik




Artıq araşdırmamızın sonu olaraq bunuda müəyyən etdik ki insan ətraf mühiti tamam dəyişdirməyə çalışan yeganə varlıqdır.Bu sahədə insanın səhvlərinin say-hesabı yoxdur,onun "uğurlarının "çoxu əslində uğursuzluqlarıdır.Meşələri qıraraq oradaki canlılarıda məhv edirik.

Картинки по запросу meşələrin qırılması


İndiki ekoloji vəziyyət üz-üzə dayanmış iki istiqamətin mübarizəsindən ibarətdir:birincisi,ətraf mühitin dağıdılması prosesinin növbəti pillələrinə keçilməsi,ikincisi isə dağıdıcı prosesləri dayandırmağa qadir olan və gələcəyə optimist  münasibət yaradan istiqamətdir.Çox istəyirik ki,indiki gənclər və sonrakı nəsillər ikinci istiqaməti seçsinlər.

Təbiəti qorumaq bununla birlikdə ekologiyanı qorumaq bizi əhate edən hava təbəqəsini atmosferi qorumaq deməkdir.

Gəlin birlikdə təbiətimizi qoruyaq


"Biz təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək.Təbiət hər bir belə "qələbə " üçün bizdən qisas alır"(F.Engels)


0 коммент.:

Отправить комментарий